EN

Nazir müavini: Bu onların taleyinin ən gözəl başlanğıcıdır

“Bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin Konstitusiya və Suverenlik ilində məktəbə başlamaları xüsusilə qürurvericidir.Bu, onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 151 nömrəli tam orta məktəbdə keçirilən “Bilik Günü” tədbirində deyib.

O bildirib ki, bu il 70 min müəllimin əməkhaqqı artırılıb:

“İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını görürük.
151 nömrəli məktəb nəticələrinə görə, Nəsimi rayonu üzrə 4-cü yerdədir. Bu nailiyyət burada çalışan müəllimlərin, kollektivin zəhmətinin nəticəsidir”.

Chosen
33
5
teleqraf.com

7Sources