EN

Trampdan Avropaya: “Rusiyadan neft almayın” çağırışı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə Rusiyadan neft almamağa çağıraraq, onların Rusiyaya tətbiq etdiyi sanksiyaların kifayət qədər sərt olmadığını bildirib.

Marja xəbər verir ki, Tramp deyib:

“Rusiyaya tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiya tətbiq etməyə hazıram, amma onlar da mənim etdiyimlə uyğun şəkildə sanksiyalarını sərtləşdirməlidirlər.”

Tramp, Nyu-Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. O, NATO-nun Rusiyaya qarşı tədbirlər görmədiyini vurğulayaraq, “Onlar işlərini görmürlər. NATO bir araya gəlməlidir. Avropa bir araya gəlməlidir.” deyib.

Prezident Avropa ölkələrinin hələ də Rusiyadan neft aldıqlarını diqqətə çatdırıb:

“Avropa ölkələri mənim dostumdur, amma onlar Rusiyadan neft alırlar. Avropanın Rusiyadan neft almasına yalnız bizim qarşı çıxmağımız kifayət deyil. Mən onların neft almasını istəmirəm. Tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiya tətbiq etməyə hazıram, amma onlar da mənim etdiyimlə uyğun addımlar atmalıdır.”

Tramp Avropa ölkələrinin sadəcə danışdıqlarını, lakin tədbir görmədiklərini qeyd edib:

“Biz Rusiyadan neft almırıq. Onlar isə çoxlu neft alırlar. Razılaşma belə deyildi.”

O, Rusiyaya qarşı hərəkət etməyə hazır olduğunu bildirib və Avropa ölkələrinin də eyni siyasətlə hərəkət etməsi gərəkdiyini vurğulayıb. Tramp əlavə edib ki, Rusiya ilə Ukrayna arasında hələ də mümkün sülh razılaşması masasına oturulmayıb və bu vəziyyətdən məmnun deyil.

Chosen
30
marja.az

1Sources