EN

Ukrayna hərbi ehtiyaclara gündəlik xərclədiyi pulu açıqladı

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Ukrayna hərbi münaqişələrə gündə 172 milyon dollar xərcləyir.

Banco.az xəbər verir ki,  bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov deyib.

Qnatovun fikrincə, yerli müdafiə sənayesi və innovativ texnologiyaların inkişafı üçün tərəfdaşların vəsaitlərini cəlb etmək lazımdır. Qnatovun sözlərinə görə, Ukrayna ordusu döyüş meydanında innovativ həllər tətbiq edir, lakin onların həyata keçirilməsi əlavə maliyyə tələb edir.

"Unutmamalıyıq ki, innovasiyaların tətbiqi maliyyə vəsaitləri tələb edir. Rusiya Federasiyası kimi böyük və resurslarla zəngin ölkəyə qarşı müharibə aparmaq çox baha başa gəlir", - Baş Qərargah rəisi vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə bir günlük müharibə Ukraynaya 5,7 milyard qrivna və ya 142 milyon dollara başa gəlib. Ümumilikdə Ukraynanın dövlət büdcəsindən müdafiə xərcləri təxminən 2,1 trilyon qrivna və ya 51,9 milyard dollar təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
banco.az

2Sources