EN

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayacaq. 

Qadınlardan Günay Qurbanova (59 kq), kişi sərbəst güləşçilərdən isə Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar. 

Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər. Mundial sentyabrın 21-də başa çatacaq.

Chosen
21
17
fanat.az

10Sources