EN

“YAŞAT” Fondu tələbə adını qazanan şəhid övladlarına mükafat təqdim etdi

“YAŞAT” Fondu tərəfindən ali təhsil müəssisəsinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

Adalet.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvləri ilə görüş keçirib.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün isə DİM vasitəsilə yerli universitetlərə qəbul olmuş və ya dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetlərinə daxil olan tələbələr müraciət edə bilərlər. 

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2025-ci ildir.

Chosen
29
11
adalet.az

10Sources