EN

Ötən həftə 399 yanğına çıxış oldu

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 399 yanğına çıxış, 25 halda köməksiz vəziyyətdə qalma, 8 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 47 nəfər xilas edilib, 5-i azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Chosen
5
45
teleqraf.com

10Sources