EN

Tramp Venesuelaya bir daha xəbərdarlıq etdi

Tramp Venesuelaya bir daha xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp narkokartellərlə mübarizə məsələsində Venesuelaya bir daha xəbərdarlıq edərək bu ölkəyə məxsus dəniz qüvvələrinə yeni hücumlar təşkil edə biləcəklərinin siqnalını verib.

Prezident Tramp Nyu-Yorkdan paytaxt Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

Tramp Karib dənizində ABŞ ilə Venesuela arasında gərginliyə səbəb olan və narkokartellərlə mübarizə üçün bölgəyə göndərildiyi bildirilən Amerika donanma qüvvələrinin fəaliyyətini davam etdirəcəyini qeyd edib.

“Venesueladan çoxlu narkotik gəlir. Aragua dəstəsinin çoxlu üzvü də gəlir. Onlar çıxmağa çalışırlar, amma biz onları sərhəddə uğurla dayandırırıq”, – deyə Tramp bildirib və həm narkotik, həm də dəstələrlə mübarizə üçün bu tədbirləri gördüklərini vurğulayıb.

“Venesuelaya daha çox hücum gözlənilirmi?” sualına cavab verən Tramp Kariblərdə narkotiklə əlaqəli gəmilər aşkar edildikcə hücumların davam etdiriləcəyini bildirib.

Venesuelanın balıqçı gəmisi olduğunu iddia etdiyi gəminin əslində narkotik daşıdığını bildiklərini deyən Tramp, həmin gəmi ilə bağlı bütün kəşfiyyat məlumatlarının əllərində olduğunu vurğulayıb.

ABŞ Prezidenti Venesuelaya birbaşa hücum ehtimalı ilə bağlı isə dəqiq fikir bildirməyib.

Chosen
41
afn.az

1Sources