EN

Poqosyan: Türkiyənin də nüvə silahı olacaq

BAKI, 15 sentyabr. TELEQRAF

“Türkiyə nüvə texnologiyalarının inkişafında öz yolunu açır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

Ekspert bildirib ki, Ankara öz nüvə proqramına start verir və ilk addım olaraq yerli nüvə reaktorlarının istehsalı ilə başlayır:

“Reaktorların istehsal məqsədini Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlayıb.

Sitat: “Biz yerli istehsal müəssisələrinin, Türkiyə sənayesinin köməyi ilə yüksək texnologiyalı reaktorlar yaratmağı hədəfləyirik”.

Türkiyənin nüvə texnologiyasına bu qədər sərmayə qoyması təsadüfi deyil. 2018-ci ildə, hətta ondan əvvəl Ərdoğan İsrailin niyə nüvə silahına sahib olduğunu, Türkiyənin isə olmadığının səbəbini bəyan edib. Bu tezisi inkişaf etdirən Ərdoğan BMT Təhlükəsizlik Şurasında daimi yer tələb edərək, “Dünya beşdən böyükdür” prinsipini irəli sürüb.

Ardınca Ərdoğan işə başladı və nüvə silahına olan ehtiyacı gündəmə gətirdi. Türklərin ilk işi Pakistana nüvə proqramına cəlb olunmuş yerli mütəxəssisləri göndərmək oldu. Türkiyə ötən illərdə bu sahədə xeyli mütəxəssis yetişdirib və bu sektora kifayət qədər sərmayə qoyub. İndi Ankara nüvə texnologiyalarının inkişafı üçün öz peşəkar bazasını yaratmağa və öz nüvə proqramını qurmağa çalışır”.

Poqosyan Türkiyənin bu proqramda yekun hədəfinin nüvə silahı olduğunu iddia edərək vurğulayıb ki, Ankara bununla Yaxın Şərqdə İsraildən sonra ikinci nüvə gücü olacaq.

Chosen
3
2
teleqraf.com

3Sources