EN

Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub.

BAKU.WS report-a istinadən məlumat verir ki, açılışda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra qeyd olunub ki, məktəb 1989-cu il 1296 nəfər şagird yeri olmaqla fəaliyyətə başlayıb. Məktəb binası 2023-cü il dekabr ayından əsaslı təmirə verilib, təmir işləri bu ilin avqust ayınadək davam edib.

Təhsil müəssisəsinin ümumi sahəsi 126 kvadratmetr olsa da, tikinti üçün ayrılan sahə isə 3262 kvadratmetr nəzərdə tutulub. Təmirdən sonra məktəb binası 3 mərtəbəli olmaqla 46 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 1 tibb otağı, 2 əmək təlimi otağı, 1 hərbi hazırlıq otağı, 1 kitabxana, 1 oxu zalı, 220 nəfərlik akt zalı, 216 nəfərlik yeməkxana, 2 idman zalı, 12 sanitariya qovşağı, 1 qardirob istifadəyə verilib. Həmçinin məktəb binası internet şəbəkəsi, 162 kompüter, 462 parta, 924 stul, 12 kondisoner, təhlükəsizlik kameraları, laboratoriya cihazları, fərdi qazanxana, istilik sistemi və su elektrik təminatı ilə də təchiz edilib.

Həyətyanı ərazi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb, həmçinin məktəb binası müasir tələblərə cavab verən şəkildə inşa olunmuş və tədris üçün zəruri olan şəraitlə təmin edilib.

Təhsil müəssisəsində 1296 nəfərlik şagird yeri nəzərdə tutulsa da, yeni tədris ili üçün 1 086 şagird sayı qeydə alınıb. Həmçinin 74 pedoqoji və 32 texniki işçi heyəti olmaqla ümumilikdə 101 nəfər fəaliyyət göstərəcək.

Eyni zamanda məktəb "Rəqəmsal bacarıqlar" layihəsinə üzv olan təhsil müəssisəsidir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
1
baku.ws

2Sources