EN

Məhəmməd Salah – “Liverpul”un penalti rekorduçusu

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda “Bernli” ilə oyunda penaltidən qol vurub.

İdman.biz xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Misirli futbolçu İngiltərə çempionatlarında “Liverpul”un heyətində 35-ci penalti qoluna imza ataraq, 34 dəfə fərqlənmiş Billi Liddellin rekordunu yeniləyib.

Bu, Salahın Premyer Liqadakı 188-ci qolu olub. Bununla da 33 yaşlı futbolçu turnir tarixində ən çox qol vuran oyunçular siyahısında 4-cü yerə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi olan “Liverpul” Arne Slotun rəhbərliyi altında Premyer Liqaya 4 qələbə ilə start verib və 12 xalla turnir cədvəlinin lideridir.

İdman.biz

Chosen
26
idman.biz

1Sources