EN

Bu ölkələr İsrailə qarşı hərəkətə keçdi: "Ərəb NATO-su" yaradılacaq?

İsrailin Qətərin paytaxtı Dohaya hücumu region ölkələrinin Təl-Əvivə qarşı daha əhatəli tədbirləri nəzərdən keçirməsinə səbəb olub.

Publika.az “Hürriyət”- ə istinadla xəbər verir ki, Ərəb ölkələrinin Misirin təklifi ilə NATO-ya bənzər birgə müdafiə qüvvələri yaratmağı nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda bir neçə ərəb lideri ilə “Ərəb NATO-su” ideyasını müzakirə edib. “The National” qəzetinə danışan təhlükəsizlik mənbələri, qərargahı Qahirədə olan Ərəb Liqasına üzv 22 ölkənin əsgərləri və qoşunlarından ibarət bir qüvvənin yaradılacağını bildirib.

Quru, dəniz və hava bölmələrindən ibarət olacaq birgə müdafiə qüvvələrinə bir sıra elit bölmələrin də daxil olacağı gözlənilir. Həmçinin bildirilir ki, bu qüvvə ərəb ölkələrində sülhməramlı missiyalar həyata keçirə bilər.

Misirin təklifi hələlik konkret bir nəticə verməsə də, Qətərə hücum İsrailə regional yanaşmalarda köklü dəyişikliklərə gətirib çıxara bilər.

Chosen
87
publika.az

1Sources