EN

Su Ehtiyatları Agentliyinin yarım milyard manatlıq tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Azərbaycanda keçirilən tenderlər dövlət qurumlarının müxtəlif infrastruktur layihələri üzrə həyata keçirdikləri mühüm proseslərdən biridir, xüsusilə su təchizatı, meliorasiya və kanalizasiya sistemlərinin yaradılması istiqamətində böyük məbləğli müqavilələr bağlanır.

Hakimiyyet.az xəbər verir ki, bu sahədə bu il ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən 32 tenderə yekun vurulub. Tenderlərin ümumi dəyəri isə 500 milyon manatdan çoxdur.

Keçirilən tenderlərdə say və məbləğ baxımından ən çox uğur qazanan şirkətlərdən biri "Euroline" QSC olub. Şirkət ümumilikdə 6 tenderi qazanaraq, dövlət qurumu ilə 60 milyon 28 min manat dəyərində müqavilələr bağlamışdır.

Qeyd edək ki, “Euroline” QSC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muhammad Asifdir. Hüquqi ünvanı  AZ5526, Şəki Rayonu, Qoxmuq,  kəndi ünvanında yerləşir.

Sayca tenderləri ən çox udan ikinci şirkət "Ensol" MMC şirkəti olub və 3 tenderdə qalib seçilib. Şirkət 3 tenderdən ümumilikdə 8 milyon 199 min manat dəyərində sifariş qəbul edib.

Qeyd edək ki, “Ensol” MMC-nin nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəxtiyar Məmmədzadə Elçin oğludur.

Siyahıda üçüncü yeri nə az, nə çox 3 şirkət tutur və hər bir şirkət 2 tender udub.

Tenderin məbləği baxımından ən böyük sifarişi «Muğansutikinti» MMC alıb – 235 milyon manat. Sözügedən tender Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsinə aiddir.

Qeyd edək ki, “Muğansutikinti” MMC 01.03.2000-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 597 230 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirqəfər Talıbov Mirəziz  oğludur. Hüquqi ünvanı AZ5423, Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşir.

Bu siyahıda sifarişin məbləği üzrə sonrakı yeri "El Epcm" MMC tutur - (51,6 milyon manatlıq tenderi udub) və 41,5 milyon manatlıq müqavilə ilə Sumqayıt şəhərində "Acı dərə" kanalının yenidən qurulması işləri sifarişini alıb.

Qeyd edək ki, “EL EPCM” MMC-nin nizamnamə kapitalı 100 AZN təşkil edir və qanuni təmsilçisi Fərman Məmmədov Zöhrab oğludur.

Yerdə qalan 2 şirkət “Protean Construction” ASC və “T.T.Ş.-İnşaat” MMC müvafiq olaraq 33,8 milyon manat və 29,5 milyon manat sifariş götürüblər.

Qeyd edək ki, “Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.

Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC  2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 27 411 150 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalıqverdi Məmmədov Malça  oğludur. Hüquqi ünvanı AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Babək pr., ev 53  ünvanında yerləşir.

 

Chosen
10
hakimiyyet.az

1Sources