EN

Qazax mədəniyyətində Çar və Sovet Rusiyasına müqavimət dili

Yazını böyüt
Yazını kiçilt

Qazax mədəniyyətində ən fərqli musiqi formalarından olan “küy” sadəcə melodiya deyil, həm də tarixi müqavimətin simvoludur. Dombra və qopuz kimi ənənəvi alətlərdə ifa olunan bu sözsüz musiqi janrı 19-cu əsrdə Çar Rusiyası tərəfindən Qazax çöllərinin işğalı və müstəmləkəsi zamanı xalqın çəkdiyi iztirabları, qəzəbi və müqavimətini ifadə edirdi. Bardlar bu melodiyalar vasitəsilə xalqın çəkdiyi zülmü danışarkən, bir çox sənətkarlar həbs və işgəncələrlə üzləşmiş, bəziləri hətta həyatını itiriblər.

Hafta.az-ın yazdığına görə, bu yaxınlarda premyerası olan “Şəcərə Kulak Küy” sənədli filmi bu səssiz müqavimətin izini çəkir. 20 hissədən ibarət sənədli filmin ilk iki bölümü artıq tamaşaçıların ixtiyarına verilib və dərin təəssürat yaradıb. Premyerada iştirak edən ekspertlər söz əvəzinə küy ilə danışıblar: Mahambet Ötemisulu, Kurmanqazı Sağırbayulı kimi bəstəkarların həbsxanada bəstələdiyi “Şilterli Tereze” və “Kayran Şeşem” kimi parçalar iztirabın və ümidin musiqi ifadəsi kimi ortaya çıxıb.

Mütəxəssislər vurğulayırlar ki, bu küylər sadəcə musiqi deyil, həm də açıq müqavimətin mümkün olmadığı şəraitdə Ceyms Skottun “Zəiflərin silahları” konsepsiyasına uyğun olaraq inkişaf etdirilən etiraz formasıdır. Sovet dövründə bu melodiyaların adları və mənaları dəyişdirilərək silinməyə çalışılırdı.

Tədqiqatçı Əbdülhəmit Rayımbergenovun sənədləşdirdiyi kimi, Kazanqapın “Novıy Ştat” adlı küyü 1891-ci ildə Qazaxıstanda xalqı öz torpaqlarından didərgin salan inzibati qaydalara qarşı bir reaksiya idi. 1916-cı ildə “İhtaş qanunu”na qarşı üsyan Seytək Orazalıulunun “On altıncı il” əsərində də öz əksini tapıb.

Layihənin koordinatoru Annas Bağdat küy ənənəsinin qazax xalqının çarizm və sovet müstəmləkəçilik siyasətinə qarşı mədəni və simvolik müqavimətinin ən parlaq nümunələrindən biri olduğunu bildirib. Sənədli filmin bütün epizodlarını layihənin rəsmi YouTube kanalında izləmək olar.

Chosen
14
hafta.az

1Sources