EN

Türkiyə MN: Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik

Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”də paylaşım edib.

Türkiyə MN Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Paylaşımda Nuru Paşa və Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qaziləri rəhmətlə yad olunub.


“Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik”, - qeyd olunub.
Chosen
1
6
sherg.az

7Sources