Sabirabad rayonunda qətl hadisəsi törədilib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli Saday oğlu kəndin mərkəzi yolunda aralarında yaranmış münaqişə zəminində, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunun başını bıçaqla kəsərək qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"