Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 15-də 377 milyon 165 min 291 kVt/saat həcmində sifariş alınıb.
“İki sahil” TAP-ın elektron platformasına istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 2,79 % çoxdur.
Kipoi çıxış nöqtəsindən sentyabrın 16-dan 22-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, sentyabrın 9-na olan sifariş göstəriciləri ilə müqayisədə 11,46 % azdır. Sentyabrın 10-na olan sifariş göstəriciləri ilə müqayisədə 11,07 % azdır. Sentyabrın 11-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 11,74 % azdır.
Bundan başqa, sentyabrın 12-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,39 % azdır. Sentyabrın 13-nə 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 12,23 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 15-dən 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 15-dən 22-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 15-də 316 milyon 148 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 8-nə olan sifariş göstəriciləri ilə müqayisədə 3,51 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 16-dan 22-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 13,07 % azdır.
Sentyabrın 10-na olan sifariş göstəriciləri ilə müqayisədə 12,6 %, sentyabrın 11-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 13,4 % azdır.
Həmçinin, sentyabrın 12-nə olan sifariş göstəriciləri ilə müqayisədə 14,1 %, sentyabrın 13-nə və 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 13,9 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“Trans-Adriatik Qaz Boru KəməriTAPqaz xətti