EN

Ruslar kombaynları vurub, 12 nəfər yaralanıb

Ruslar

Sentyabrın 14-də axşam saatlarında Rusiya ordusunun Ukraynanın Sumı vilayətində kənd təsərrüfatı müəssisəsinə raket zərbəsi endirməsi nəticəsində 12 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Sumı vilayət prokurorluğu “Telegram”da məlumat yayıb.

“Sumı vilayətində kənd təsərrüfatı müəssisəsinə endirilən raket zərbəsi nəticəsində 12 nəfər yaralanıb. İstintaq başlayıb. Axtırka rayon prokurorluğunun prosessual rəhbərliyi ilə hərbi cinayətlərin törədilməsi (438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı ibtidai istintaq aparılır”, - qeyd edilib.

İstintaqın məlumatına görə, 2025-ci il sentyabrın 14-də saat 23:00 radələrində ruslar Sumı vilayətinin Axtırski rayonunun Boromlyanski icmasının kənd təsərrüfatı müəssisəsinin ərazisinə iki raket zərbəsi endirib.

Nəticədə biçində iştirak edən 12 nəfərin yaralanıb, 30-a yaxın kənd təsərrüfatı texnikası sıradan çıxıb.

V. QULİYEV
Chosen
15
1
reyting.az

2Sources