EN

Baş prokurorun Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri ilə sentyabrın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul sentyabrın 18-də saat 10:00-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasında olacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036) 550-14-96 nömrəli telefonları, [email protected][email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, X) vasitəsilə də qəbula yazıla bilərlər.

Chosen
2
18
azertag.az

10Sources