EN

Koreyadan maşın gətirənlərin fırıldaqları EKSPERT RƏYİ

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Koreyadan münasib qiymətə avtomobil gətizdirmək artıq bütün MDB məkanına sirayət edib. Belə bir kütləviliyi fırıldaqçılar, vicdansız vasitəçilər də fürsət bilirlər. alıcı aldandığını bildikdə isə artıq gec olur. Bəs çarə nədir?

Avtosfer.az xəbər verir ki, rusiyalı ekspertlər Koreyadan “münasib qiymətə” maşın gətirən vasitəçilərlə bağlı həyəcan təbili çalırlar. Federasiyada bu məsələ ilə bağlı aldananların sayı-hesabı bəlli olmasa da, vasitəçilər sadə mexanizmlərlə kimlərisə tora salmaqda davam edirlər.

Ekspertlər iddia edirlər ki, müştərini ələ keçirməyin ilkin vasitəsi danışıqdır. Vasitəçilər “qəpik-quruşa, heç neçəyə” yaxşı avtomobil gətirmək adı ilə müştərini ələ keçirirlər. çətini ilkin ödənişi alana qədərdir. Bundan sonra isə “maşın gəmiyə yüklənir”, “gəmidən düşürülür”, “gömrüyə gəlir”  bəhanəsi ilə xırda məbləğlər (adətən 100-300 dollar) tələb edilir. Böyük miqdarda ödəniş etmiş şəxs bu xırda məbləğlərdəki “dinməver”i çar-naçar ödəməyə məhkumdur.

Burada bir haşiyə çıxım ki, sözügedən qayda Azərbaycanda da işləyir. Bir yaxın qohumum Koreyadan maşın gətizdirəndə onunla da bu cür davrandılar. Rus ekspertlərin dediyi bizim ölkəmiz üçün də keçərlidir.

İkinci vasitə isə alıcının şəkillərlə aldadılmasıdır. Standart olaraq maşının müxtəlif profillərdən çəkilmiş cəmi 3 fotosu təqdim edilir. alverçilər tam video təqdimatından birmənalı şəkildə imtina edirlər.

Üçüncü məsələ sifariş verilən avtomobilin sənədləri ilə bağlıdır. Avtomobil gömrükdə rəsmiləşməyənədək VİN kod vasitəsi ilə nəqliyyat vasitəsinin tarixçəsini yoxlamaq mümkün deyil. Gömrükdə isə artıq gecdir. 

Avtomobilin mühərriki və transmissiyası barədə foto ilə məlumat almaq mümkün deyil və bu barədə ümumiyyətlə danışılmır. Buna görə də ekspertlərin qənaətinə görə, Koreyadan maşın sifariş etmək üçün müştəri yalnız bəxtinə güvənməlidir. 

Rusiyalı mütəxəssislər xaricdən (söhbət təkcə Koreyadan getmir) ikinci əl avtomobil gətizdirənlərə çıxış yolu kimi bunu təklif edir: ölkəyə artıq gətirilmiş olan avtomobili almaq lazımdır. Bu zaman avtomobili yoxlatmaq imkanı yaranır. Sifarişlə öz adına maşın gətizdirib bir neçə yüz dollar qabağa düşmək istəyən şəxs bir müddət sonra minlərlə dollar ziyana da düşə bilər.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
avtosfer.az

1Sources