EN

Son anda qiyməti qaldırdılar, “Neftçi” əlcəzairli hücumçudan gözünü çəkdi

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Bakılıların əsas məqsədi hücumçu çatışmazlığını aradan qaldırmaqdır.

“Ağ-qaralar”ın axtarışları hələlik istənilən nəticəni vermir. Son olaraq Muhamed Belxeirlə danışıqlar aparan paytaxt təmsilçisi üzülüb.

26 yaşlı forvard hazırda “La Luvr”un formasını geyinir.

Belçika klubu əlcəzairli ön xətt oyunçusunu satmağa hazır olsa da, “Neftçi“ ilə təzminatın məbləğini razılaşdırmaq alınmayıb.

Qarşı tərəf “ağ-qaralar“ın ödəmək istədiyi rəqəmdən 100 min avro daha artıq pul tələb etdiyindən, görüşmələr nəticəsiz qalıb. Özü də bu, danışıqların həlledici mərhələsində baş verib. H

ərçənd ərəbin özü Azərbaycana gəlməyə razı idi. Səbəb Avropanın bəzi komandalarının “La Luvr”un qapısını döyməsidir.

Müştərilərin sayının çoxalmasını görən belçikalılar “alver”ə girişib, belədə isə “Neftçi” geri çəkilmək məcburiyyətində qalıb.

Sol ayaqlı mərkəz hücumçusu həmçinin sağ vinger də oynaya bilir. Belxeirin "tranfermarkt" portalında dəyəri 900 min avro olaraq qiymətləndirilib.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Muhammed buna qədər karyerası ərzində “Breşiya”, “Sanxoanense”, “Leykşoeş”, “Vilafrankense”, “Fortuna”da (Sittard) çıxış edib.

SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources