EN

Zamiqin oğlu birinci sinfə getdi

Müğənni Zamiq Hüseynovun oğlu Zeyn birinci sinfə başlayıb.

OLAY yazır ki, bu barədə Zamiq instaqramda paylaşım edib.  Oğlunun məktəbdən şəkillərini paylaşan ifaçı bunları yazıb:

“Oğlum… Bu gün həyatının ən mühüm səhifələrindən biri açıldı. Balaca əllərinlə məktəbin qapısından içəri addım atdın, amma mənim üçün sən həmişə o körpə qolları ilə boynuma sarılan balaca oğlumsan. Səni seyr edərkən həm qürurlandım, həm də kövrəldim. Çünki böyüməyini izləmək mənim üçün həm sevinc, həm də göz yaşları deməkdir. Arzum budur ki, yolun hər zaman işıqlı, qəlbin mərhəmətli, biliklərin sonsuz olsun. Unutma, oğlum: sənin arxanda hər zaman atan dayanır – bütün gücü, sevgisi və duaları ilə. Səni ürəyim qədər sevirəm.  Birinci sinfin mübarək, həyatımın ən gözəl hədiyyəsi. Allah bütün övladları xoşbəxt eləsin !”.

Chosen
23
6
olay.az

7Sources