EN

"Qəbələ"nin axtarışları davam edir - NÖVBƏTİ TRANSFER HƏMLƏSİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Qəbələ" transfer çalışmalarını davam etdirir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi qapı xəttini gücləndirmək niyyətindədir.
"Qırmızı-qaralar" Səlahət Ağayevi əvəzləyəcək qolkiper axtarışına çıxıb.
Klub bir neçə legionerlə danışıqlar aparsa da, keçid baş tutmayıb. Buna səbəb həmin futbolçuların daha çox maaş tələb etmələri olub.
Bildirilir ki, "Qəbələ" hazırda aşağı məvaciblə çıxış edəcək legioner axtarışlarını sürətləndirib. Bu, komandanın mövsümün ilk yarısı üçün son transferi olacaq.
Qeyd edək ki, 4 turdan sonra aktivində 1 xal olan komanda Premyer Liqada 11-ci pillədə qərarlaşıb.
Aqil Vəlili
Chosen
19
oxu.az

1Sources