EN

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedraya və Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"15 Sentyabr - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
 
Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
 
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Chosen
64
39
moderator.az

10Sources