EN

Avropanın ən iri banklarından biri ABŞ-yə köçməyi planlaşdırır

İsveçrənin ən böyük banklarından biri olan UBS, baş ofisini Sürixdən ABŞ-yə köçürmə imkanını nəzərdən keçirir. Kredit təşkilatının rəhbərləri ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar aparırlar. Bu barədə mənbələrə istinadən “New York Post” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, UBS strategiyasını köklü şəkildə dəyişməyə hazırlaşır. Bu, ABŞ banklarından birini almağı və ya onunla birləşməyi də əhatə edə bilər. 162 illik bank İsveçrə tənzimləyicisinin kredit təşkilatına qarşı irəli sürdüyü yeni qaydalar səbəbilə ABŞ-yə köçməyi nəzərdən keçirir.

Söhbət 26 milyard dollar məbləğində əlavə kapital yastığının artırılması tələbindən gedir. UBS-in hesablamalarına görə, bu, bankın qlobal bazarda rəqabət qabiliyyətini mümkünsüz edəcək. Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, bank ABŞ-də daha yumşaq şərtlərə ümid edir. Kredit təşkilatının mətbuat xidməti və ABŞ maliyyə naziri Skott Bessentin mətbuat katibi danışıqlar barədə məlumatı təkzib etməyiblər.

İsveçrə hökuməti yeni qaydaları ölkənin bank böhranı ilə üzləşə biləcəyi narahatlığı fonunda təklif edib.

UBS-in bazar dəyəri 126 milyard dollar təşkil edir. S&P məlumatına əsasən, o, aktivlərinin həcminə görə Avropanın ən böyük on bankından biridir və İsveçrədə sistem əhəmiyyətli bank statusuna malikdir.

Chosen
12
banker.az

1Sources