EN

İş yerində “sınaq müddəti” qanunidirmi?

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əksər insanlar bu cür hal ilə qarşılaşıb.

Məsələn, yeni işə daxil olanda “sınaq müddəti” təyin edilir.

Bu, bəzən bir-iki həftə, bəzən isə daha çox olur.

Maraqlıdır, bəs bu hal qanunidirmi?

Hüquq bu barədə nə deyir?

Gununsesi.info-bu barədə hüquqşünas Ceyhun Cəfərovdan soruşub.

Onun sözlərinə görə, sınaq müddəti əmək müqaviləsi ilə tənzimlənməlidir:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə görə, sınaq müddəti yalnız əmək müqaviləsi bağlandıqdan sonra mümkündür. Müqavilədə açıq şəkildə “sınaq müddəti” göstərilməlidir. Sınaq müddəti 3 aydan çox ola bilməz (xüsusi hallar istisna olmaqla). İşçi və işəgötürən razılığa gəldikdə belə, əmək müqaviləsi olmadan sınaq müddəti keçirmək qəti qadağandır. “Sınaq müddəti” sizi aldatmaq üçün istifadə olunan bir bəhanədir. Qanunda sınaq müddəti var, amma yalnız əmək müqaviləsi bağlandıqdan sonra qüvvəyə minir. Əks halda, bu, işçini qeyri-rəsmi işlətmək deməkdir”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
icma.az

1Sources