EN

Əks yolda tıxac varsa, sol zolaqla getməyin! AQİL RƏHİMOVDAN XƏBƏRDARLIQ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yollarda təhlükəsizlik qaydalarına əməl etmək hər bir sürücünün vəzifə borcudur. Xüsusilə tıxac olan yerlərdə diqqətli davranmaq qəzaların qarşısını almaqda mühüm rol oynayır.

Mütəxəssislər bildirirlər ki, sürücülərin səbrli olması, zolaq seçiminə düzgün riayət etməsi və yol hərəkəti qaydalarına əməl etməsi həm onların öz təhlükəsizliyi, həm də digər iştirakçıların təhlükəsizliyi baxımından vacibdir.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə, yolun solunda tıxac olduqda, sol zolağı tutmamalarını tövsiyə edib.

“Moped, eləcə də maşınların dalından adam çıxa bilər. Eləcə də hövsələsiz sürücü çıxa bilər.

Həmişə sağ zolağı tutun və təhlükəsiz avtomobil idarə edin”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
avtosfer.az

1Sources