EN

Erməni müxalifətçi deputat: Azərbaycanda qalan ermənilərin sayı kəskin azalıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Respublikasının müxalifətçi deputatı, Respublikaçılar Partiyasının üzvü Tiqran Abramyan bildirib ki, 2023-cü ildən sonra Azərbaycanda qalan ermənilərin sayı xeyli azalıb. Onun sözlərinə görə, əvvəlcə bu rəqəm təxminən 50 nəfər olubsa, hazırda cəmi on nəfərə yaxındır.

Abramyan "Facebook" səhifəsində yazıb ki, qalan ermənilərdən bir qismi Ermənistana köçüb, bir neçə nəfər isə dünyasını dəyişib. O əlavə edib:
"Azərbaycan sosial şəbəkə seqmentində tez-tez Xankəndində yaşayan ermənilərlə bağlı təhqir və lağ obyektinə çevrilmiş videolar paylaşılır. İstisna deyil ki, bu kimi hallardan biri son insidentə səbəb olub. Bütün bunlar azərbaycanlıların ermənilərə olan əsl münasibətini - düşmənçilik və təhqir elementləri ilə ifadə olunan münasibəti göstərir.(?) Bu həm də onu göstərir ki, əgər Qarabağ erməniləri Ermənistan hakimiyyətinin çağırışlarına qulaq asaraq Azərbaycan nəzarəti altında yaşamağa davam etsəydilər, onları eyni aqibət gözləyəcəkdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources