EN

Çin alimləri qocalmanı ləngidən yeni inyeksiyanı sınaqdan keçirib

Təcrübə 12 həftə ərzində əhəmiyyətli anti-aging effekt göstərib...

Poliqon xəbər verir ki, Çinli tədqiqatçılar eksperimental inyeksiyanı uğurla sınaqdan keçiriblər, hansı ki, orqanizmdə yaşlanma proseslərini yavaşlada bilir. Nəticələr Cell jurnalında dərc olunub.

Tərtib edilmiş preparat immun sistemini aktivləşdirərək, onun senescent hüceyrələri məhv etməsinə yönəldir. Senescent hüceyrələr artıq bölünmə qabiliyyətini itirən, lakin toxumalarda qalan və toplanan yaşlanmış hüceyrələrdir, hansı ki toxumaların funksiyasını pozur. Genetik olaraq modifikasiya olunmuş, yaşlanma əlamətlərinə qarşı davamlı zəngin kök hüceyrələrin tətbiqi nəzərəçarpacaq dərəcədə cavanlaşdırıcı təsir göstərib.

Tədqiqat müəlliflərinin məlumatına görə, 12 həftəlik sınaqlar zamanı beyin, yaddaş, əzələ toxuması, reproduktiv funksiyalar və bir sıra daxili orqanların vəziyyətində yaxşılaşma müşahidə olunub. Həmçinin iştirakçıların dəri və saçlarında bərpa əlamətləri görünərək, xarici anti-aging effekt əldə edilib. Alimlər bu təsiri təxminən 7 il gəncləşmə ekvivalenti kimi qiymətləndirirlər.

Tədqiqatçılar qeyd edirlər ki, iş hələ ilkin mərhələdədir və metodun effektivliyi və təhlükəsizliyini təsdiqləmək üçün daha geniş kliniki sınaqlar tələb olunur.

Poliqon.info

Chosen
53
poliqon.info

1Sources