EN

Hadrutda genişmiqyaslı abadlıq və quruculuq işləri davam edir

HADRUT, 15 sentyabr. TELEQRAF

Hadrut qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və bu istiqamətdə işlər davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu barədə Hadrut qəsəbəsinə təşkil olunmuş mediatur istirakçılarına Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Onun sözlərinə görə, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib. Eyni zamanda yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb.

Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Mətbuat katibi həmçinin bildirilib ki, Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlər ilin sonunadək bərpa ediləcək.

Chosen
29
21
teleqraf.com

10Sources