EN

Baş prokurorun Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri ilə sentyabrın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindın verilən məlumatda bildirilib ki, qəbul sentyabrın 18-də saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında keçiriləcəkdir. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən aparılacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin [email protected][email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

N.Adilqızı
XQ

Chosen
9
18
xalqqazeti.az

10Sources