EN

Nəm saçlarla yatmağın hansı zərərləri var?

Həkim Şilpi Xetarpal nəm saçlarla yatmamağı tövsiyə edib.

Ölkə.az xəbər verir ki, o, bu vərdişin mənfi nəticələrini "Infobae"yə verdiyi müsahibədə sadalayıb.

Onun sözlərinə görə, nəm saçlar daha kövrək olur, tez qırılır və dartılmaya meylli hala gəlir. Yatarkən yastıq üzünün saçlarla sürtünməsi onların parlaqlığını, həcmini və teksturasını itirməsinə səbəb olur.

Əgər nəm saçlar yuxudan əvvəl at quyruğu formasında bağlanarsa və ya hörük düzəldilərsə, vəziyyət daha da pisləşə bilər. Çünki güclü dartılma həm saçlara, həm də baş dərisinə ziyan vurur. Saç formalaşdırıcı vasitələrdən istifadə isə onları daha da zəiflədir.

Həmidə İbrahimova

Chosen
28
2
olke.az

3Sources