EN

Texniki-humanitar liseydə yeni tədris ilinə həsr olunmuş tədbir keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı şəhəri Texniki-humanitar liseydə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Liseyin direktoru Kəmalə Mirzoyeva şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor liseyə 525 şagirdin qəbul olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.

Tədbirdə çıxış edənlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində önəmli islahatlar həyata keçirildiyini vurğulayıblar.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

 

Chosen
44
4
azertag.az

5Sources