EN

Hadrut yenidən dirçəlir, qəsəbənin hər yerində quruculuq işləri görülür

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xocavənd, 15 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Hadrutun daş küçələri illərin nisgilini üzərindən ataraq yenidən dirçəlir. Qəsəbənin hər yerində quruculuğun nəfəsi duyulur – yeni yollar, işıq saçan transformatorlar, bərpa olunan su mənbələri bu torpağın yenidən həyata qayıdışını simvolizə edir. Prezident İlham Əliyevin Hadruta səfəri həm də böyük Zəfərin bəhrəsini yerində görmək, xalqla dövlətin birgə arzusunun gerçəkliyə çevrildiyinin təsdiqidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hadrut da tikinti-quruculuq işləri sürətlə davam etdirilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Hadrutda görülən işlərlə bağlı bildirib ki, qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb. Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək".

Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.

Hadrut bu gün yalnız bərpa olunan bir qəsəbə deyil – o, Azərbaycan xalqının əzminin, dövlətin gücünün, gələcəyə inamın canlı simvoludur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
azertag.az

3Sources