"Kəpəz" Misli Premyer Liqasının ilk turunda xal qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, onlar bütün görüşlərdə məğlub olub. Bu, Gəncə təmsilçisi üçün 4-cü belə haldır.
Bölgə klubu ötən mövsümə də bu cür start vermişdi. Daha əvvəl isə 2012/2013 və 2022/2023 mövsümlərində də gəncəlilər uğursuz startla üzləşiblər.
"Kəpəz"dən başqa "Bakı", "Bakılı", MOİK və "Şəfa" hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb. "Şirvan" (Kürdəmir), AZAL, "Ədliyyə", "Gənclərbirliyi", "Xəzər" (Sumqayıt), "Qarabağ", "Qəbələ", "Lokomotiv", "Neftqaz", "Pambıqçı" (Neftçala), "Şahdağ" (Quba), "Şahdağ" (Qusar), "Rəvan", "Şamaxı", "Şəmkir" və "Turan" bir belə start yaşayıb.