EN

Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş təqdimat və konsert keçiriləcək

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyininqeyd olunması haqqında Sərəncama əsasən Türkiyədə tədbirlər, nəşrlər, təqdimatlar və konsertlər həyata keçirilir.

Kulis.az xəbər verir ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankarada, Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operasının bəstəkarı, Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir keçiriləcək.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəyli əsərləri əsasında konsert proqramı təqdim ediləcək.

Chosen
4
2
kulis.az

4Sources