EN

“Neftçi” bu legioneri transfer etmək İSTƏYİR

"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” dayaq yarımmüdafiəçisi transfer etmək istəyir. 

Bakı təmsilçisinin transfer siyahısına düşmüş oyunçulardan biri də Matye İfeanyidir.

“Neftçi” skautlarının hazırda klubsuz olan 28 yaşlı yarımmüdafiəçini bir müddət əvvəl də izlədiyi bildirilir.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi və sağ cinah yarımmüdafiəçisi kimi də oynamağı bacaran nigeriyalı karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə), “Sürix”(İsveçrə) klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
45
50
bizim.media

10Sources