EN

Paşinyan: “Bizə silah satmaq istəyən ölkələr çoxalır”

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Təhlükəsizlik üzrə Konfransda belə deyib. Ölkənin yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Ermənistan ordusunda aparılan islahatlara toxunan hökumət başçısı bildirib ki, burada əsas məsələ dövlətin Silahlı qüvvələrin qarşısında hansı vəzifələr qoymasıdır. Eyni zamanda, Paşinyan bugünkü Ermənistan ordusunun respublikanın suveren ərazilərindən kənarda heç bir missiyası və vəzifəsi olmadığını iddia edib. Onun sözlərinə görə, Ermənistan ordusunun missiyası müstəsna şəkildə öz ərazilərini qorumaqdır. Nikol Paşintyan son 2-3 ildə Silahlı qüvvələrdə aparılan islahatların konkret nəticələr verdiyinə əmin olduğunu açıqlayıb. “Keçmişdə Ermənistan üçün böyük silah bazarları son dərəcə məhdud idi - təkcə coğrafiyaya görə deyil, həm də əlçatanlığa görə. İndi əslində böyük bazarlar bizim üçün hüdudsuzdur. Niyə bu məhdudiyyətlər aradan qalxdı? Legitimliyə görə. Bizimlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən dövlətlər bunun qeyri-qanuni şəkildə heç bir ölkəyə qarşı istifadə olunacağından narahat deyillər”, - Ermənistanın baş naziri iddia edib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
azvision.az

2Sources