EN

“Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil” – Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları kifayət qədər sərt deyil.

7Times.az xəbər verir ki, O, bu barədə Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Mən sanksiya tətbiq etməyə hazıram, amma onların da öz sanksiyalarını sərtləşdirməsi lazımdır ki, mənim addımlarımla üst-üstə düşsün. Avropanın Rusiyadan neft aldığı halda bizdən Rusiyaya qarşı bütün gücümüzlə hərəkət etməyimizi gözləmək olmazr”, – deyə Tramp vurğulayıb.

Chosen
18
4
7times.az

5Sources