EN

Sabancıların 29 illik evliliyi bitir 5 milyard təzminat istəyir

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Türkiyənin zəngin ailələrindən olan Əli ilə Vüslat Doğan Sabancıların 29 illik evliliyi sonlanır.

Axşam.az xəbər verir ki, cütlük təzminatla bağlı razılığa gələ bilmir. Vuslat Doğan Sabancının Əli Sabancıdan 5 milyard lirə (təxminən 205 milyon manatdan çox) təzminat tələb etdiyi deyilir.

Belə ki, Vuslatın sözlərinə görə, 2023-cü ildə baş vermiş gəmi qəzasına görə həyat yoldaşı məsuliyyət daşıyır və buna görə də ona astronomik məbləğdə təzminat ödəməlidir.

Vuslatın tələb etdiyi məbləğ 960 milyon dollar sərvəti ilə Türkiyənin 34-cü ən zəngin adamı olan Əli Sabancının qazancının təxminən səkkizdə birini təşkil edir.

Qeyd edək ki, məşhur cütlük 2023-cü ildə Yunanıstanın Leros adasına gedərkən ciddi qayıq qəzasına düşüb. Qəzadan sonra Vuslat Doğan Sabancı üç, Əli Sabancı isə əvvəlki görünüşünü bərpa etmək üçün 11 əməliyyat keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
axsam.az

1Sources