Bütün dünyada “Starlink” peyk internet xidmətində fasilələr qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə internet resurslarının işində nasazlıqları izləyən “Downdetector” saytı məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 15-i səhər saatlarında internetin kəsilməsi ilə bağlı müraciətlərin sayı 50 minə yaxın olub.