EN

Xocavəndin Qırmızı Bazar qəsəbəsində bu il 217 ev bərpa olunacaq

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə media-tur təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, media nümayəndələrinə qəsəbə barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə bildirib ki, qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq.

Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
7
icma.az

10Sources