EN

Paşinyan Bakının tələb etdiyi ərazilər barədə: Azərbaycana məxsusdur

“Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri (ankvaları nəzərdə tutur – red.) var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bizim nəzarətimizdə olan müəyyən ərazilər var, Alamatı bəyannaməsinə görə bunlar Azərbaycanın ərazisi olsa da, bizim nəzarətimiz altındadır. Əgər biz sülh istəyiriksə, bunlardan da danışmalıyıq, əks halda, heç vaxt sülh olmayacaq”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, söhbət Azərbaycana qaytarılmalı olan anklav kəndlər Sofulu, Yuxarı Əskipara, Barxudarlı və Kərkidən gedir. Azərbaycan bu ərazilərin də qaytarılmasını tələb edib.
Chosen
2
1
sherg.az

2Sources