EN

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Məlumatda bildirilir ki, iki nəfər Almaniyanın Reynland-Pfalts torpağında kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Təyyarə sentyabrın 14-ü axşam Bittburq hava limanına, Trier şəhərinin şimalına enməli idi, lakin onunla əlaqə itirilib.

Səhər polis və yanğınsöndürənlər qəzaya uğramış təyyarəni və iki ölü sərnişini Flissem yaxınlığındakı bir tarlada tapıblar. Polisin məlumatına görə, həlak olanların şəxsiyyətləri və qəzanın səbəbi hələ məlum deyil.

Chosen
8
2
operativmm.az

3Sources