ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hər bir təhsil alan rezidentə düşən illik vəsait hazırda 8600 manatdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri rezidentlərin maaşının az olması barədə iddialara da münasibət bildirib: "2024-cü il 6 sentyabr tarixli Nazirlər Kabinetinin qərarı ilə hər bir təhsil alan rezidentə düşən illik vəsait 5600 manatdan 8600-ə qaldırılıb. Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir, yəni bu rəqəm hazırda 550-575 manat arasındadır. Bu da onların dərəcələrinə görə dəyişir. Həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.