EN

Azərbaycanda 8 ayda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri açıqlanıb

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib.

Sentyabrın 1-nə kimi tarlalardan qarğıdalı daxil olmaqla 3 milyon 50 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 0,8 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 420,6 min ton (5,2 % az) tərəvəz, 760,4 min ton (4,9 % az) kartof, 510,5 min ton (1,4 % çox) meyvə və giləmeyvə, 450,8 min ton (6,5 % az) bostan məhsulları, 62,3 min ton (6,8 % az) üzüm, 43,9 min ton (79,3 % çox) şəkər çuğunduru, 21,5 min ton (16,7 % az) günəbaxan, 5 min ton (53% çox) tütün, 876,2 ton (2,8 % az) yaşıl çay yarpağı, 23,2 ton (24,7 % çox) pambıq yığılıb.

8 ay ərzində quş əti daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1 milyon 493,4 min ton süd, 1 milyon 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun, 186,6 ton barama istehsal olunub, illik müqayisədə yumurta istehsalı 2,1%, ət istehsalı 1,2 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 1,4 %, barama istehsalı 22,1 % azalıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
525.az

2Sources