
Brius Uillisin ailəsi onun hər gününü “hədiyyə” adlandırır.Brius Uillisə alın-beyin demensiyası diaqnozu qoyulduqdan sonra ailəsi onunla keçirdikləri hər günü dəyərli bir hədiyyə kimi qəbul edir. Həkimlərin proqnozlarına əsasən, aktyor 2024-cü ildə vəfat edə bilərdi, lakin o, sevənlərinin ümidini doğruldaraq 2025-ci ilə qədər yaşayıb. Xarici KİV-lər bildirir ki, hazırda Uillisin sağlamlıq vəziyyəti yenidən ağırlaşıb. 2000-ci illərin əvvəlindən etibarən onun karyerası tədricən enişə keçmişdi.
Bunun əsas səbəblərindən biri aktyorun bir çox rejissor və həmkarları ilə münasibətlərini pozması idi. Mümkündür ki, bu davranışlar gələcəkdə aşkarlanacaq xəstəliyin ilkin əlamətləri olub. Uillis son illərdə daha çox azbüdcəli filmlərdə çəkilib və ekran vaxtı məhdud olub.
Onun zəif performansı səbəbilə “Qızıl Moruq” antımükafatı tərəfindən xüsusi nominasiyalar təsis edilib. 2023-cü ildə “Qatilin Missiyası” filmi yayımlanıb və bu, onun aktyor kimi son işi olub. Ailə üzvləri qeyd edir ki, o artıq nə danışa bilir, nə də yaxınlarını tanıyır və yalnız baxışları ilə ünsiyyət qurur.
R.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
Orlando Bloom “The Cut” üçün 60 Kilo Arıqladı: Sağlamlıq və Sənaye Təzyiqlərinin Həqiqəti
Beşiktaş yay transfer pəncərəsində aktivliyi ilə seçilib
Nəsimidə narkotik əməliyyatı: 3 kuriyer saxlanıldı