EN

Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Bakı. Trend:

Bu ilin əvvəlinə olan məlumata görə, avronun Azərbaycan manatınaqarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən dəgöründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ənsonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronunməzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəsrəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıdaavronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədənibarətdir?

Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-in sorğusuna cavabolaraq bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksininzəifləməsi fonunda baş verir.

Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksitəxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalarqarşısında ucuzlaşmışdır): "Bu zəifləmənin əsas səbəbləri kimiABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması,ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollardainvestisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərininiqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar".

Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımınAzərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağıgözlənilir: "Çünki dolların ucuzlaşması daimi bir proses deyil,müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalıyüksəkdir".

"Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləriizləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütünalətlərdən istifadə edir", - deyə məlumatda qeyd edilib.

Chosen
53
8
az.trend.az

9Sources