EN

Yasamalda silsilə oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Doğru.az xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda 3 mağazadan ümumilikdə 2 min 76 manat nağd pul və 2 min 760 manat dəyərində tütün məmulatlarını talayıb. Zərərçəkənlər hadisə ilə bağlı polisə müraciət ediblər.

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S. Zeynalov şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

Chosen
10
14
dogru.az

10Sources