Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
2024-cü ildə Xankəndi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 31 binada 819 mənzilə təbii qazın verilməsi təmin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən il Xankəndi şəhərində "Azəriqaz" tərəfindən şəhərdaxili 53,5 km qaz kəməri hava vasitəsi ilə kipliyə sınaqdan keçirilib. 18 binada 340 mənzilə qaz sayğacı quraşdırılıb. 15 binanın qaz xətləri (sayğaca qədər) kipliyə və möhkəmliyə yoxlanılıb.
Bildirilib ki, hazırda Cəbrayıl rayonu Xudafərin qəsəbəsində yeraltı daşıyıcı qaz kəmərlərinin tikintisi işləri davam etdirilir. Qəsəbənin daşıyıcı qaz kəmərinin 25,9 km hissəsi çəkilib, işlər 91 % icra olunub.
Kəlbəcər rayonunun Zar kəndində daşıyıcı qaz kəmərinin çəkilməsi üçün 11 425 metr polietilen yeraltı daşıyıcı qaz kəməri çəkilib, işlər 100 % icra olunub. Kəlbəcər rayonu, "İstisu" mineral su zavodunun qazlaşdırılması üçün 730 metr polad borularla qaz xətti çəkilib, işlər 100 % icra olunub.
Kəlbəcər rayonu, "İstisu" Müalicə İstirahət Kompleksinin qazlaşdırılması üçün 3 336 metr polietilen borular qaynaq edilib, işlər 97 % icra olunub.
Ötən il Ağdərə rayonu Həsənriz kəndində daxili paylayıcı qaz kəmərlərinin çəkilməsi üçün 10 972 metr polad və 5 220 metr polietilen daşıyıcı qaz kəməri çəkilib, 90 fərdi evin daxili qaz xətləri və qaz sayğacları quraşdırılıb, işlər 100 % icra olunub.
Xocalı rayonunun Ballıca kəndində müxtəlif diametrli qaz xətlərinin 2,3 km hissəsi təmir olunub, kəndə gedən müxtəlif diametrli qaz xətlərinin 3 km hissəsi isə kipliyə və möhkəmliyə yoxlanılıb, 49 abonent təbii qazla təmin edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.