EN

Bəy bizdən, gəlin Çindən “Ailəm qəbul etmirdi...” Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mədəniyyətlər fərqli ola bilər, amma sevginin dili həmişə eynidir.

“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, naxçıvanlı bəy Sadiq Əhmədovla çinli xanım Zheng Huirounun evliliyi isə buna ən gözəl nümunədir.

Belə ki, 3 ildir evli olan cütlüyün hekayəsi Çində yerləşən universitetlərin birində başlayıb. Onların gündəlik ünsiyyəti isə elə əvvəldən ingiliscə baş tutub. Sadiq həyat yoldaşına Vera deyə səslənir.

Veranın valideynləri onların sevgi hekayəsini eşitdikdən sonra münasibətlərinə qarşı çıxıblar: “Əvvəlcə qəbul etmək istəmirdilər. Sonra Sadiqin nə qədər savadlı olduğunu və ailəmə olan xoş münasibətini gördülər. O, ailəmə özündən, ailəsindən danışdı, müxtəlif ölkələrdəki həyatından bəhs etdi. Ailəm də onu yavaş-yavaş qəbul etməyə başladı”.

İkilinin toyu həm Çində, həm də Bakıda baş tutub. Onların Olivia adlı qızları da var.

Sadiqlə Veranın münasibəti təkcə sevgidən ibarət deyil, onlar qurduqları biznesdə də ortaqdırlar. Cütlük evləndikdən sonra Bakıda şəxsi restoranlarını açıblar.

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
5
qafqazinfo.az

6Sources